BolgeXeber.Com » Xəbərlər » Tərtərdə 28 May Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirildi

Tərtərdə 28 May Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirildi

28-05-2019, 12:55
Oxunub: 2 513 Tərtərdə 28 May Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirildiMayın 27-də Tərtər rayonunda 28 May Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Sonra tədbir YAP rayon təşkilatının akt zalında davam etdirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq, xalqımızı Respublika günü münasibəti ilə təbrik etdi, hər kəsə müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində uğurlar dilədi. Bildirdi ki, xalqımız 28 May Respublika Gününü hər il böyük təntənə ilə qeyd edir. Çünki 1918-ci il mayın 28-də yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxıb. Müsəlman Şərqində ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Lakin beynəlxalq aləmdə yaranmış gərginlik, Şimalda yaranmış təhlükə nəticəsində Demokratik Respublika uzun müddət fəaliyyət göstərə bilmədi. 1920-ci il aprelin 28-də Sovet Rusiyası tərəfindən süquta uğradıldı. 23 aylıq mövcudluğu dövründə cümhuriyyət xalqımzda istiqlal və suverenlik duyğularını gücləndirdi.
1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan müstəqillik əldə etmək şansını o dövrdəki respublika rəhbərliyinin səriştəsiz və bacarıqsızlığı ucbatından itirmək təhlükəsi ilə yenidən üz-üzə qaldı. Bu vaxt 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə yenidən Azərbaycana rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, şəxsi nüfuz və bacarığı sayəsində Müstəqil Azərbaycanın təməli qoyuldu, Azərbaycan daxili çarpışmalardan, kürsü davasından, parçalanmadan, bir dövlət kimi dünya xəritəsindən silinmə təhlükəsindən qurtuldu.
Qısa zaman ərzində Azərbaycan dövlətinin hərtərəfli inkişafını təmin edəcək tədbirlər görüldü. Bu gün Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası dünyada sayılıb-seçilən beynəlxalq tribunalarda öz sözünü deməyi bacaran bir dövlətdir.
“Dəyirmi masa”da rayon tarix-diyarşünaslıq muzeyinin direktor əvəzi Aybəniz Şahbazi, DSMF-nin Tərtər Rayon Şöbəsinin direktor əvəzi Anar Rüstəmov, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev çıxış edərək 28 May Respublika Gününün Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunacağını bildirdilər.
Tədbir axşam saatlarında Ulu Öndərin adını daşıyan parkda Tərtər rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin iştirakı ilə konsert proqramı ilə davam edib.
Bolgexeber.com