BolgeXeber.Com » Bölgə » Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub

Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub

28-05-2019, 17:08
Oxunub: 3 110 Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurubGədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub.

Bunu "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, leysan yağışları qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradıb:

“Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışır. Amma mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”.