BolgeXeber.Com » Siyasət » Əhəd Abıyevin tualet siyasəti

Əhəd Abıyevin tualet siyasəti

6-04-2011, 09:50
Oxunub: 6 357
Daşkəsənin icra başçısı rayonda ayaqyolu tikmək üçün hamını səfərbər edib

Daşkəsənə yenicə icra başçısı göndərilmiş keçmiş deputat Əhəd Abıyev rayonda yeni bir siyasətin başlanğıcını qoyub. Bolgexeber.com-a verilən məlumata görə, icra başçısı ötən gün bütün idarə və müəssisə rəhbərlərini başına yığaraq, onlarla «fövqəladə» müşavirə keçirib.

Məlumatda deyilir ki, Abıyev bütün idarə və müəssisə rəhbərlərinə hazırda Daşkəsəndə ən böyük problemin ayaqyolunun olmamasını deyib. Bu problemin təcili olaraq aradan qaldırılması üçün tədbirlərin görülməsinin də zəruriliyini qeyd edən keçmiş deputat hamını səfərbərliyi alıb.

Bolgexeber.com-a daxil olan məlumatda deyilir ki, artıq dünəndən etibarən Daşkəsən rayonunda ayaqyolularının harada tikilməsi ilə bağlı araşdırmalara başlanılıb. Belə ki, rayonda münasib yerlər dəqiqləşdirilir və orada ayaqyollarının inşası üçün hazırlıq görülür. Həmin işləri isə idarə və müəssisə rəhbərləri həyata keçirirlər. Tikintiyə nəzarəti isə icra başçısı öz üzərinə götürüb.

P.S. Daşkəsənin problemləri qurtarmışdı, təkcə ayaqyolu məsələsi qalmışdı. Halaldı Əhəd Abıyevə.