Heydər Əliyev Fondu Füzulidə iftar süfrəsi təşkil edib-FOTO
30-05-2019, 09:51
Oxunub: 4 424
Heydər Əliyev Fondu tərəfindən Ramazan ayı münasibətilə Horadiz şəhərində iftar süfrəsi təşkil edilmişdir
İftar süfrəsində şəhid ailələri, Qarabağ əlilləri, oruc tutanlar, imkansız ailələr və dindarlari iştirak etmişdir.
Bolgexeber.com xəbər verir ki, iftar mərasimində Qurani-Kərimdən ayələr oxunmuş, Ramazan ayının fəzilətlərindən danışılmış, dualar edilmiş, şəhidlərin ruhu yad edilmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizin milli-mənəvi həmrəyliyini, ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıblar, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar.
Bildirilib ki, mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.
Rayon sakinləri Ramazan ayında təşkil olunan iftar süfrələrinə görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər