XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Çelsi” Avropa Liqasının qalibi oldu - VİDEO

“Çelsi” Avropa Liqasının qalibi oldu - VİDEO “Çelsi”-“Arsenal” oyunu yekunlaşdı. “Arsenal”ı 4:1 hesabı ilə məğlub edən “Çelsi” Avropa Liqasının qalibi oldu.

***

“Çelsi”nin oyunçusu Eden Azar 71-ci dəqiqədə özünün 2-ci, komandasının 4-cü qolunu vuraraq hesabı 4:1 edib.

***

Oyunun 69-cu dəqiqəsində “Arsenal” hesab arasındakı fərqi azaldıb. Aleks İvobi möhtəşəm qolla hesabı 3:1 edib.

***

“Çelsi”-“Arsenal” oyununun 65-ci dəqiqəsində daha bir qol vuruldu. Modern.az xəbər verir ki, “Çelsi”nin hücumunun qarşısı kobud şəkildə alındığından “Arsenal”ın qapısına penalti təyin edilib. Penaltini dəqiq yerinə yetirən Eden Azar hesabı 3:0-a çatdırıb.



***



“Çelsi” yenidən fərqlənib.

“Çelsi”nin oyunçusu Pedro Rozdrigez 60-cı dəqiqədə fərqi 2 topa çatdırıb.



***



“Çelsi” - “Arsenal” qarşılaşmasının ikinci hissəsində hesab açıldı.

Oyunun 49-cu dəqiqəsində Oliviye Jiru “Çelsi”ni önə keçirbr.



***



"Çelsi" - "Arsenal" oyunu başladı. Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada iki ingilis nəhəngi - "Çelsi" və "Arsenal" komandaları üz-üzə gəlir.

Görüşü Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyir.

***

Avropa Liqasının finalında Bakı Olimpiya Stadionunda bu gün saat 23:00-da başlayacaq "Çelsi" - "Arsenal" oyunu üçün heyətlər açıqlanıb.


Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:



"Çelsi": Arrisabalaqa, Jorjinyo, Kante, Hazard, Pedro Rodriqes, Kovaçiç, Jiru, Kristensen, Aspilikueta (k), David Luis, Emerson Palmeri



Ehtiyat oyunçular: Kabalyero, Kamminq, Alonso, Barkli, İquain, Zappakosta, Villian, Kehill, Ampadu, Qallaher, Makikran



"Arsenal": Çex, Papastatopulos, Koselni (k), Lyakazett, Özil, Torreyra, Obameyanq, Meytlend-Nayls, Monreal, Kolaşinaç, Caka



Ehtiyat oyunçular: Leno, İliev, Elneni, Lixtştayner, İvobi, Mustafi, Uelbek Cenkinson, Qenduzi, Nketia, Uillok, Saka

“Çelsi” Avropa Liqasının qalibi oldu - VİDEO
Bölmə: İdman | 30 may 2019 10:08 | Baxış sayı: 51





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: