BolgeXeber.Com » Xəbərlər » Azərbaycanlı məmurlar “Çelsi”-“Arsenal” matçında

Azərbaycanlı məmurlar “Çelsi”-“Arsenal” matçında

30-05-2019, 11:33
Oxunub: 1 931 Azərbaycanlı məmurlar “Çelsi”-“Arsenal” matçındaBakı Olimpiya Stadionunda baş tutan "Çelsi”-"Arsenal” matçını izləyənlər arasında Azərbaycanın yüksək vəzifəli məmurları da olub.

Bolgexeber.com "Qafqazinfo”ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Müdafiə naziri Zakir Həsənov, Daxili İşlər naziri Ramil Usubov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də matçı stadionda izləyənlər arasında idi.

Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında "Çelsi” komandası "Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.