XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Hacıqabulda tədbir keçirilmişdir

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Hacıqabulda tədbir keçirilmişdir30.05.2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq “Müstəqil ölkəmizin azad uşaqlarıyıq” adlı tədbir keçirilmişdir

İlk öncə Mərkəzin qonaqları “Lalə” uşaq bağçasının körpələri olmuşdur. Körpələr Mərkəzdə açılmış uşaqların əl işlərindən ibarət “Rəngli dünyam” adlı sərgiyə, Ulu Öndər Heydər Əliyevin uşaqlıq illərindən bəhs edən rəsmlərə tamaşa etmiş, sonra isə şeirlər söyləmişlər. Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva sıx əməkdaşlığa görə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq “Lalə” uşaq bağçasına Mərkəzin Fəxri Fərmanını təqdim etmişdir.
Sonra tədbir dəyirmi masa ətrafında davam etdirilmişdir. Tədbirdə təhsil, mədəniyyət işçiləri, 10 saylı tam orta məktəbin və Qarasu kənd orta məktəbinin bir qrup müəllim və şagirdləri iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açmış, uşaqları bayram münasibəti ilə ürəkdən təbrik etmişdir. O, uşaqlar üçün Heydər Əliyev Mərkəzində açılmış kurslar, dərnəklər, yay məktəbi barədə geniş məlumat vermişdir.
Sonra tarixçi Mübariz Xəlilov və Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev öz çıxışlarında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən, uşaqların hüquqlarından, dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğıdan geniş söhbət açmışlar.
Çıxışlardan sonra Qarasu kənd orta məktəbinin şagirdlərinin ifasında “Bayraq” rəqsinə tamaşa edilmiş, 10 saylı tam orta məktəbin 7-ci sinif şagirdlərinin ifasında “Azərbaycan əsgəri”, “Çırpınırdı qara dəniz” mahnıları, həmin məktəbin 4-ci sinif şagirdlərinin ifasında şeirlər və mahnılar səsləndirilmişdir.
Tədbirin sonunda Mərkəzin direktoru Aytən Zülfəliyeva Qarasu kənd orta məktəbinin müəllimi Nəzirova Günay Nemət qızına Fəxri Fərman təqdim etmiş, 10 saylı tam orta məktəbin şagirdləri Həsənova Asiman, Aslanova Aysel və Məmmədova Həliməni isə Diplomla təltif etmişdir.
Bolgexeber.com
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Hacıqabulda tədbir keçirilmişdir
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Hacıqabulda tədbir keçirilmişdir
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Hacıqabulda tədbir keçirilmişdir
Bölmə: Bölgə | 30 may 2019 16:21 | Baxış sayı: 54





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: