Bu qurum Vergilər Nazirliyinin tərkibinə verildi - SƏRƏNCAM
30-05-2019, 16:25
Oxunub: 2 181
Prezident İlham Əliyev Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb
Sərəncama əsasən, Vergilər Nazirliyi Maliyyə Monitorinqi Xidmətinin həmin Nazirliyin tərkibində fəaliyyət göstərməsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə riayət olunması təmin edilməlidir.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının müvafiq qurumlarının üzv olduğu beynəlxalq təşkilatlar bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülən tədbirlər barədə məlumatlandırılmalıdır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə