BolgeXeber.Com » Bölgə » Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib-FOTO

Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib-FOTO

31-05-2019, 17:10
Oxunub: 4 164 Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib-FOTO30 may 2019-cu il tarixində Bərdə Regional Mədəniyyət İdarəsində regional idarənin rəisi İlyas Hacıyevin sədrliyi ilə müşavirə keçirilib

Bolgexeber.com xəbər verir ki,müşavirədə regional idarənin tabeliyində olan Heydər Əliyev mərkəzləri, Tarix və Tarix-diyarşünaslıq muzeyləri və Rəsm Qalereyalarının direktorları iştirak ediblər.
Çıxış edən regional idarənin rəisi müəssisələrdə günün tələblərinə uyğun işlərin qurulması, Ulu Öndər irsinin təbliği istiqamətində yeni layihələrin həyata keçirilməsi, yeni bacarıqlı şəxslərin aşkarlanaraq bacarıqlarının üzə çıxarılması və ictimaiyyət nümayəndələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində öz tapşırıq və tövsiyyələrini verdi.
Heydər Əliyev mərkəzlərinin informasiya portalının istifadəyə verilməsi ilə əlaqədar çıxışında regional idarənin rəisi diqqətə çatdırıb ki, bu layihə mərkəzlər fəaliyyətini çevik izləmək imkan yaradacaq. İnformasiya portalı eyni zamanda Heydər Əliyev mərkəzləri arasında sıx əlaqələrin yaradılması, informasiya mübadiləsinin təşkili üçün xüsusi önəm daşıyır.
Qeyd olunanlarla yanaşı regional idarənin rəisi elektron xidmətlərlə işin düzgün səviyyədə qurulması, ehtiyyat kadr və pullu xidmətlərlə keçidlə bağlı göstərişlərini də çatdırıb. O, həmçinin, qeyd edib ki, “Mədəniyyət sahədə çalışan şəxslər təşəbbüskarlıq və potensial imkanlarlarını yüksək səviyyədə üzə çıxarmalıdırlar və məqsəd mədəniyyətimizin davamlı inkişaf etdirilməsi, bu sahədə dövlət siyasətinin dəstəklənməsi və bacarıqlı ehtiyyat kadrların hazırlanmasıdır”.
Sonda regional idarənin rəisi müəssisələrin mətbuatla iş istiqamətində fəaliyyətindən danışıb və bildirib ki, “keçirilən tədbirlərin yerli mətbuatda, televiziyalarda geniş işıqlandırılması olduqca vacibdir və bu baxımdan KİV-lərlə geniş əlaqələr qurulmalıdır”.
Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib-FOTO
Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib-FOTO
Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib-FOTO