BolgeXeber.Com » Xəbərlər » Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq

1-06-2019, 14:33
Oxunub: 1 724 Sabah 36 dərəcə isti olacaqAzərbaycanda iyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Bolgexeber.com Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-22°, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı ehtimal edilir.