YAP: “Müxalifətdən istefalar başlayıb”
6-04-2011, 11:30
Oxunub: 6 447
YAP-ın rəsmi saytı belə yazır
Yeni Azərbaycan Partiyasının rəsmi saytının yaydığı məlumata görə, son günlər ərzində AXCP sədri Əli Kərimlinin və Müsavat Partiyasının sədri İsa Qəmbərin antiazərbaycançı qruplaşmaların dəstəyi ilə ölkədə xaos yaratmağa cəhd göstərməsi, gəncləri dövlətçiliyə qarşı çıxmağa təhrik etməsi, qanunsuz əməllər törətməsi ölkə əhalisinin, eyni zamanda, AXCP və Müsavat partiyasının üzvlərinin də dərin hiddətinə səbəb olub. Bolgexeber.com partiyanın saytına istinadən xəbər verir ki, Əli Kərimlinin və İsa Qəmbərin dövlətçiliyimizə qarşı çevrilmiş mövqe tutmasına görə onlara öz etirazlarını bildiriblər: “Belə ki, Əli Kərimlinin və İsa Qəmbərin şəxsi maraqlarına hesablanmış qanunsuz hərəkətlərinə etiraz əlaməti olaraq, Müsavat Partiyasının Ağcəbədi rayon təşkilatının, AXCP-nin Beyləqan və Zəngilan rayon təşkilatlarının bir qrup üzvü partiya sıralarını tərk etməklə bağlı bəyanat yayıblar. Partiya üzvlüyündən istefa verənlər bəyanatlarında bildiriblər ki, ölkədə gedən abadlıq-quruculuq işlərini, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti bəyənir və dəstəkləyirlər. Onlar radikal müxalifətin 2 aprel tarixində keçirməyə cəhd göstərdiyi mitinqi pisləyir və bunu dövlətçiliyimizə qarşı çevrilmiş düşmən mövqeyi kimi qiymətləndiriblər”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə