BolgeXeber.Com » Bölgə » Tərtərdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd olundu

Tərtərdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd olundu

1-06-2019, 18:32
Oxunub: 7 384 Tərtərdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd olunduİyunun 1-də Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yeni qəsəbədə yerləşən 5 saylı körpələr evi-uşaq bağçasında “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi

Bolgexeber.com xəbər verir ki,tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, valideynlər iştirak edib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir.
Rayon rəhbəri xüsusi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanim Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sonra uşaqlar maraqlı konsert proqramı ilə çıxış etdilər.
Rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının və Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin çıxışları alqışlarla qarşılandı.
Sonda rayon rəhbəri tərəfindən uşaqlara bayarm hədiyyələri paylandı.
Bolgexeber.com