BolgeXeber.Com » Ölkə » Masazırda ağır qəza - Sürücünün meyitini FHN çıxardı

Masazırda ağır qəza - Sürücünün meyitini FHN çıxardı

3-06-2019, 09:35
Oxunub: 2 747 Masazırda ağır qəza - Sürücünün meyitini FHN çıxardıAbşeron rayonunun Masazır qəsəbəsində "LADA" markalı minik avtomobili və "Shacman" markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.