BolgeXeber.Com » Xəbərlər » Mingəçevirdə uşaq döşək yükünün altında qalıb öldü

Mingəçevirdə uşaq döşək yükünün altında qalıb öldü

3-06-2019, 15:44
Oxunub: 2 542 Mingəçevirdə uşaq döşək yükünün altında qalıb öldüMingəçevirdə 10 aylıq körpə qız uşağı faciəvi şəkildə dünyasını dəyişib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, 2018-ci il təvəllüdlü Rəna Şəhriyar qızı Ağamalıyeva döşək yükünün altında qalaraq ölüb.

Yaxınları bildirir ki, bir neçə döşək azyaşlı körpənin üstünə aşıb. Ailə hadisədən xəbər tutanda artıq gec olub.