XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Hacı Muradın nəşi oğurlanıb? - Qax İH-dən biabırçı cavab

 Hacı Muradın nəşi oğurlanıb? - Qax İH-dən biabırçı cavabAzərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin 31 may tarixində çıxarılaraq, iyunun 2-də öz vətənində - Xunzax rayonunda dəfn edildiyini haqda məlumatlar yayılıb.

Bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Dağıstan rəsmiləri tərəddüdlü şəkildə təsdiqləsə də, “Molodyoj Daqestana” Xunzaxdakı dəfnin şahidindən açıqlama yayıb.

Doğrudanmı Hacı Muradın nəşi Azərbaycandan aparılıb?

Qax Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun əməkdaşları Fətəli Yəhyayev və Asəf Əhmədov Axar.az-a açıqlamalarında sözügedən informasiyadan xəbərsiz olduqlarını bildirərək, bu işlə humanitar şöbənin məşğul olduqlarını dedilər.

Qurumun İctimai siyasi və humanitar məsələlər şöbəsindən müdir müavini, dini qurumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirovun qeyd edilən əlaqə nömrəsinə zəng çatmadı.

Qax Rayon icra başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova da məsələdən xəbərsiz olduğunu bildirdi:

“Mətbuatda yazılıbsa, bu o demək deyil ki, informasiya doğrudur. Bizdə ümumiyyətlə, bu barədə hər hansı məlumat yoxdur”.

Qəbrin yerləşdiyi Qax rayonu Tanqıt kənd bələdiyyəsi ilə əlaqə saxlamaq mümkün olmadı.

Qeyd edək ki, daha öncə Rusiyanın bəzi kütləvi informasiya vasitələri iyunun 2-də Hacı Muradın qalıqlarının onun doğma kəndində - Dağıstanın Xunzax kəndində yenidən dəfn ediləcəyini yazmışdı. Bu zaman rusiyalı jurnalistlər dəfn üzrə təşkilat komitəsinin sədri Məhəmməd Əmirxanova istinad edirdilər.

Lakin sonradan elə həmin nəşrlər Xunzax rayonunun başçısının müavini Şamil Əliyevə və administrasiyanın mətbuat katibi Kamil Hüseynova istinad edərək, naibin qalıqlarının Dağıstanda yenidən dəfn ediləcəyi ilə bağlı məlumatı təkzib etmişdilər.

Xatırladaq ki, Hacı Murad 1852-ci il aprelin 23-də (5 may) Şəki yaxınlığında atışma zamanı öldürülüb. Ölümündən sonra Korqanov Qafqaz canişini Varansova Hacı Muradın öldüyünü sübut etmək üçün onun başını kəsdirir və Tiflisə göndərir.

Hacı Muradın başsız məzarını isə azərbaycanlılar dəfn edir. Onun məzarı üzərində ərəb dilində bu sözlər yazılıb: “Burada böyük cəfakeş, milliyətcə avar olan Hacı Murad Xunzaxski dəfn edilmişdir”.
Bölmə: Bölgə | 03 iyun 2019 15:47 | Baxış sayı: 99





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: