BolgeXeber.Com » Xəbərlər » Bərdə rayonunda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib

Bərdə rayonunda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib

3-06-2019, 16:39
Oxunub: 5 184 Bərdə rayonunda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilibBərdə rayonunda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.

31 may 2019-cu il tarixində Bərdə Regional Mədəniyyət İdarəsi üzrə Bərdə rayonunda çalışan mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib. Seminar-müşavirə regional idarənin rəis müavini Validə Nabatovanın rəhbərliyi ilə baş tutub.

Seminar-müşavirədə may ayı ərzində görülmüş işlərdən və iyun ayı üçün keçirilməsi nəzərdə tutulan layihələrdən söz açılıb.

Çıxış edən regional idarənin rəis müavini Validə Nabatova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün mədəniyyət müəssisələrində mədəni-kütləvi tədbirlərin keçirilməsi haqqında regional idarənin rəisinin tapşırıqlarını diqqətə çatdırıb.

Daha sonra mədəniyyət mərkəzinin direktoru Gülbəs Məmmədova 15 İyun Milli Qurtuluş Günü və 26 İyun Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbirlərin keçirilməsi və mətbuatda işıqlandırılması istiqamətində öz fikirlərini bölüşüb.

Bərdə rayon MKS-nin direktoru Havva Mirzəyeva İnsan Hüquqları Aylığı çərçivəsində mədəniyyət müəssisələrində tədbirlərin keçirilməsi haqqında söz açıb.

Sonda bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və verilən suallara aydınlıq gətirilib.
Bolgexeber.com
Bərdə rayonunda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib
Bərdə rayonunda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib
Bərdə rayonunda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib