BolgeXeber.Com » Ölkə » Sürüşmədən ziyan çəkən sakinlər üçün bina tikiləcək - Sərəncam

Sürüşmədən ziyan çəkən sakinlər üçün bina tikiləcək - Sərəncam

3-06-2019, 19:00
Oxunub: 2 945 Sürüşmədən ziyan çəkən sakinlər üçün bina tikiləcək - SərəncamPrezident İlham Əliyev Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında sərəncam verib.

Bolgexeber.comxəbər verir ki. sərəncama əsasən, Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılıb.