BolgeXeber.Com » İqtisadiyyat » Vahid Əhmədov: "Azərbaycanda sahibkarlar banklardan kredit almaqda əziyyətlər çəkirlər"

Vahid Əhmədov: "Azərbaycanda sahibkarlar banklardan kredit almaqda əziyyətlər çəkirlər"

4-06-2019, 11:46
Oxunub: 2 709 Vahid Əhmədov: "Azərbaycanda sahibkarlar banklardan kredit almaqda əziyyətlər çəkirlər"Azərbaycanda sahibkarlar banklardan kredit almaqda böyük əziyyətlər çəkir.

APA -nın məlumatına görə, bu barədə millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sahibkarlar gününə həsr olunan "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, banklar sahibkarlarla çalışmağa maraqlı olmalıdır. Amma banklar tərəfindən kreditlər çox yüksək faizlə verilir.

“Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur, real sektora kreditlərin verilməsindən isə çəkinir”, - deyə V. Əhmədov bildirib.