XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Nadzor”u güllələyərək öldürən iş yoldaşı imiş

“Nadzor”u güllələyərək öldürən iş yoldaşı imişGəncədə yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyən 1990-cı il təvəllüdlü Kəramət Məmmədlini mayın 2-də başından güllələyərək öldürən şəxs saxlanılıb.

Bolgexeber.com xəbər verir ki, “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, K.Məmmədlini Şəmkir rayonu, Bayramlı kəndində yaşadığı evdə elə öz həmkarı, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı güllələyib. Ailəsindən boşanan K.Məmmədli evdə tək yaşayırmış.

İstintaqın ilkin mərhələsi olduğu üçün şübhəli şəxsin ad soyadı açıqlanmır.

Şəmkir rayon prokurorluğundan bildirilib ki, bu hadisə ilə bağlı cinayət işi onlardan alınaraq Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir.

K.Məmmədlinin qətli ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Hadisəni törədən şəxs gizləndiyi üçün axtarışa verilmişdi.
Bölmə: Xəbərlər | 04 iyun 2019 13:02 | Baxış sayı: 31





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: