Hacıqabulda Su Təsərrüfatı və Melorasiya işçilərinin Peşə bayramı qeyd edilib
4-06-2019, 14:11
Oxunub: 4 083
04.06.2019-cu il tarixində Hacıqabul rayonunda Su Təsərrüfatı və Melorasiya işçilərinin peşə bayramı qeyd edildi. Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular
Sonra tədbirin rəsmi hissəsi Hacıqabul rayon Heydər Əliyev Mərkəzində davam etdirildi.Tədbiri Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavini,Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nurbala Mirzəyev açdı. Sonra rayon Suvarma Sistemləri idarəsinin rəisi İbrahim İbrahimov, Talış Kür Su Təchizatı İdarəsinin baş mühəndisi Elçin Dostəliyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi İkram Əliyev, Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin rəisi Mühafizat Cəfərov geniş məruzə ilə çıxış etdilər. Təntənəli yığıncaqda rayonun bir qrup fərqlənən meliorator və su təsərrüfatı işçilərinə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olundu.Tədbiri Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavini Nurbala Mirzəyev yekunlaşdırdı.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər