XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Komitə sədrindən qınaq: Bu qanun işləmir

Komitə sədrindən qınaq: Bu qanun işləmirMilli Məclisin (MM) Aqrar siyasət komitəsinin iyunun 4-də keçirilən iclasında “Aqrar sığorta haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Eldar İbrahimov aqrar sığorta ilə bağlı qanunun 2002-ci ildə qəbul edildiyini, amma ötən 17 il ərzində onun işləmədiyini və bu səbəbdən yeni qanunvericilik aktına ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, aqrar sığorta ilə bağlı məsələ bu gün daha çox aktuallığı ilə ortaya çıxıb:

“Əgər vaxtında bu yöndəki qanun icra olunsaydı, işlək vəziyyətə gətirilsəydi, aqrar sektorda sığorta ilə bağlı problemlər bu dərəcədə ortaya çıxmazdı. Ancaq təəssüflər olsun ki, mövcud qanun icra olunmaması səbəbindən aqrar sektorda sığorta ilə bağlı problemlər daha ciddi şəkildə ortaya çıxdı. Bu, bizləri də, dövlətimizi də narahat etməyə bilməzdi. Odur ki, bu yöndə yeni qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması zərurəti yarandı.

Artıq yeni qanun layihəsi birinci oxunuşdan keçərək, ikinci oxunuşun müzakirəsinə çıxarılıb. Ötən dövr ərzində də müvafiq strukturlarla birlikdə qanun layihəsi üzərində təkmilləşdirmələr aparılıb.

Bu, çox mütərəqqi və çox vacib qanun layihəsidir. Onun qəbulunun Azərbaycan iqtisadiyyatının, kənd təsərrüfatının, sahibkarlığın inkişafına çox müsbət təsirləri olacaq. Bundan qazanan həm iqtisadiyyatımız, həm də iş adamlarımız, fermerlərimiz olacaq. Onlar zərərə uğrayacağı halda, özlərinin hüquqi təminatını əldə etmiş olacaqlar”.
Bölmə: Ölkə | 04 iyun 2019 16:07 | Baxış sayı: 43





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: