BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda Ramazan bayramıdır

Azərbaycanda Ramazan bayramıdır

5-06-2019, 07:27
Oxunub: 2 128 Azərbaycanda Ramazan bayramıdırAzərbaycanda Ramazan (Orucluq) ayı başa çatıb.

Bolgexeber.com xəbər verir ki, Fitr bayramı (Şəvval ayının 1-i) Miladi təqvimlə iyunun 5-nə təsadüf edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Ramazan bayramı ilə əlaqədar iyunun 5-i və 6-sı qeyri-iş günləridir.

Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq.

Xatırladaq ki, Ramazan ayı mayın 6-da başlamışdı.