BolgeXeber.Com » Xəbərlər » Sabahın hava proqnozu

Sabahın hava proqnozu

5-06-2019, 15:52
Oxunub: 2 079 Sabahın hava proqnozuİyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.

ETSN-dən bildirilib ki, havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)Şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-qərb küləyi əsəcək.Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti təşkil edəcək.