BolgeXeber.Com » Xəbərlər » Sabah Bakıda hava necə olacaq? - Dənizdə çimmək olar...

Sabah Bakıda hava necə olacaq? - Dənizdə çimmək olar...

6-06-2019, 13:26
Oxunub: 1 571 Sabah Bakıda hava necə olacaq? - Dənizdə çimmək olar...Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti təşkil edəcək

Bolgexeber.com iyunun 07-də gözlənilən hava şəraiti haqqında məlumatı ETSN-ə istinadən təqdim edir:

Bakıda və Abşeron yarımadasında

Günəşli. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti,

Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti təşkil edəcək