XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

DİN üç yaşlı Zəhranın tapılması ilə bağlı rəsmi məlumat yayıb - VİDEO

DİN üç yaşlı Zəhranın tapılması ilə bağlı rəsmi məlumat yayıb - VİDEOBakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Zəhranın valideyni Rəsul Bağırzadə uşağın tapılmasında göstərdikləri xidmətlərə görə daxili işlər orqanlarının hər bir əməkdaşına öz təşəkkürünü bildirib.

R.Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynləri bu barədə polisə məlumat veriblər.

Qeyd edək ki, uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatı və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

*** 15:27

Bakıda iki gün əvvəl itkin düşən və bu gün tapılan üç yaşlı Zəhra Bağırzadəni oğurlayan şəxs tutulub.

Həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır.

*** 13:34

Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə polisin intensiv axtarışları nəticəsində tapılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi Elşad Hacızadə məlumat verib.

Hazırda hadisənin təfərrüatı öyrənilir.

*** 12:33

Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırzadənin axtarışlarını intensiv şəkildə davam etdirir.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən məlumat verilib.

Z.Bağırzadəni görənlərdən yaxınlıqdakı polis bölməsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin polisun araşdırması nəticəsində həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.
Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Zəhranın valideyni Rəsul Bağırzadə uşağın tapılmasında göstərdikləri xidmətlərə görə daxili işlər orqanlarının hər bir əməkdaşına öz təşəkkürünü bildirib.

R.Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynləri bu barədə polisə məlumat veriblər.

Qeyd edək ki, uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatı və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.


DİN üç yaşlı Zəhranın tapılması ilə bağlı rəsmi məlumat yayıb - VİDEO
DİN üç yaşlı Zəhranın tapılması ilə bağlı rəsmi məlumat yayıb - VİDEO
Bölmə: Xəbərlər | 06 iyun 2019 16:46 | Baxış sayı: 65





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: