XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Orfoqrafiya lüğətinin çapı ləngiyəcək - Bəzi sözlər MÜBAHİSƏLİ qalır

Orfoqrafiya lüğətinin çapı ləngiyəcək - Bəzi sözlər MÜBAHİSƏLİ qalırAzərbaycan dilinin yeni orfoqrafiya lüğətinə daxil edilməsi nəzərdə tutulan bəzi sözlərlə bağlı mübahisəli məqamlar ortaya çıxdığı üçün kitabın çapa verilməsi ləngiyəcək.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, hazırda həmin mübahisəli sözlərlə bağlı müzakirələr aparılır.

M.Nağısoylu əlavə edib ki, mübahisəli sözlərin arasında həm lüğətə yeni daxil olan, həm də lüğətin 2013-cü il nəşrində olan və tənqidə səbəb olan sözlər var.

Bu səbəbdən bəzi sözlərlə bağlı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac duyulduğunu deyən institut direktoru bildirib ki, lüğətin bu ilin may ayının sonunda çapa təqdim edilməsi nəzərdə tutulsa da, hazırda kitabın nəşri sentyabra qədər ləngiyəcək.

Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib. Həmin dövrdən keçən 6 il ərzində dilimizə daxil olan 4000 yeni söz cəmlənərək yeni lüğətə daxil edilib. Ümumilikdə yeni lüğətdə 112 minə yaxın söz var.

Bu il Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.
Bölmə: Xəbərlər | 07 iyun 2019 09:23 | Baxış sayı: 22





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: