BolgeXeber.Com » Xəbərlər » Qəbirstanlığın 3 tərəfi göllə əhatələnib: İnsanlar da ordan balıq yeyir (VİDEO)

Qəbirstanlığın 3 tərəfi göllə əhatələnib: İnsanlar da ordan balıq yeyir (VİDEO)

7-06-2019, 10:17
Oxunub: 1 851 Qəbirstanlığın 3 tərəfi göllə əhatələnib: İnsanlar da ordan balıq yeyir (VİDEO)Qəbirstanlığın 3 tərəfi göllə əhatələnib

Buna baxmayaraq insanlar həmin göldən balıq tuturlar. Söhbət Pirşağı-Bilgəh yolunun kənarındakı göldən gedir. Qida ekspertləri bunun olduqca təhlükəli olması qənaətindədir. MəsələyəQida Təhlükəsizliyi Agentliyidə münasibət bildirib.
Onlarla insan göldən balıq tuturlar
Baxmayaraq ki, gölün bir addımlığında qəbirstanlıq var. Gölün bir tərəfi qurudulmağa çalışıldığından, su qəbirstanlıq tərəfə meyl edib
Bura Paytaxtın Sabunçu rayonu, Pirşağı-Bilgəh avtomobil yolunun kənarıdı. Hər gün onlarla insan Kürdəxanı gölü kimi tanınan bu hissədən balıq tutaraq yeyirlər.
Məlum oldu ki, həmin gölün əvvəllər xəzər dənizinə birbaşa çıxışı olub. ancaq sonradan onun qarşısı bağlanıb.
Qida ekspertləri isə həyəcan təlbili çalır. Ekspert İsa Vəliyev deyir ki, həmin göldən balığı tutub yemək məsələhət deyil. Çünkü sözügedən göldə sanitar-gihyenik qaydalara əməl edilmir. Göldəki balıqların qidaları əsasən tullantılardı. Belə balıqları tutub yemək insan səhhəti üçün ciddi fəsadlaryarada bilər. Buna görə də, oradan balıq tutub yemək tövsiyyə edilmir.
Qida Təhlükəsizliyi Agentliyindən isəbildirildi ki, antisanitar vəziyyətdə yetişən balığı istehlak etmək qadağandır. Sözügedən balıqların istehlaka yararlı olub-olmaması ilə bağlı araşdırma aparılacaq. Qurumdan o da bildirildi ki, vətəndaşlarda balıq və balıq məhsulu ilə bağlı hər hansı şübhə yaranarsa, agentliyin 1003 qaynar xəttinə məlumat versinlər.