BolgeXeber.Com » Bölgə » İsmayıllıda sakinləri üçün salınan körpüdən görün necə istifadə edirlər – VİDEO

İsmayıllıda sakinləri üçün salınan körpüdən görün necə istifadə edirlər – VİDEO

7-06-2019, 10:20
Oxunub: 3 322 İsmayıllıda sakinləri üçün salınan körpüdən görün necə istifadə edirlər – VİDEOİsmayıllının zərnava kəndindəki asma körpü pullu edilib

Ödənişi yığanlar da hər hansı bir rəsmi qurumun nümayəndələri yox, kənd sakinləridir. Onlar isə ödənişin məcburi olmadığını və körpünün saxlanmasına xərclənəcəyini bildiriblər.

Turistlərin çox istifadə etdiyi asma körpüdə pul yığılır.

Görüntülər İsmayıllının Zərnava kəndindəndir. 50 il əvvəl Girdiman çayı üzərində asma körpü qurulub. O vaxtdan da turistlər bu körpüdən pulsuz istifadə ediblər. Son günlərdə isə körpüdən keçməyə görə pul tələb olunur. Hətta bunun üçün asma körpünün hər iki tərəfinə nəzarətçi də qoyulub. Həmin şəxslər və təşkilatçı da məhz kənd sakinləridir. Yəni, heç bir rəsmi qurumun təşkilatçılığı ilə həyata keçirilmir. Turistlərin əksəriyyəti pul verdiklərini təsdiqləsələr də, bunun məcburi olmadığını bildiriblər.

Lakin onlardan pul tələb edildiyini etiraf edənlər də oldu.

Körpüyə nəzarət edən şəxslər isə bildiriblər ki, pulun toplanmasında məqsəd körpüyə nəzarəti ciddi şəkildə həyata keçirmək, təmizliyini və sazlığını qorumaqdır. Ödəniş də məcburi deyil.

Nəzarətçilər bildiriblər ki, körpüdən keçmək üçün 100 manat ödəniş edənlər də olub.