XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bakı-Quba yolu dağılıb - “Səhvə yol verilib”-VİDEO

Bakı-Quba yolu dağılıb - “Səhvə yol verilib”-VİDEOBakı-Quba yolu bərbad vəziyyətə düşüb. Dia.az Xezerxeber.az-a istinadən xəbər verir ki, magistral yol dağılıb

Sürətli avtomobil yolunun bir neçə km-lik hissəsində böyük çuxurlar əmələ gəlib. Yolun paytaxta gəliş hissəsinin hazırki vəziyyəti sözün əsl mənasında ürək ağrıdır. Problem özünü Siyəzən rayonundan başlayaraq, Xızının Giləzi qəsəbəsinə qədər olan hissədə daha çox göstərir.

Yolun hazırki vəziyyəti sürücülər üçün təhlükəli vəziyyət yaradır. Çəkiliş zamanı yola görə bir neçə iritonnajlı avtomaşınlarda texniki nasazlıq yarandığını müşahidə etdik.Üstəlik, sürücülərin əksəriyyəti yolda tez-tez zolaq dəyişdirməyə məcbur qalırlar. Çuxura düşməmək üçün edilən ani manevrlər isə magistral yolda qəza riskini artırır.

Yolun hazırki vəziyyətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi münasibət bildirib. Qurumun sözçüsü Anar Nəcəfli deyir ki, yol çəkilən zaman tikinti işləri aparan podradçı şirkətlərin işinə nəzarət olunmayıb. Bu səbəbdən yolda konstruktiv səhvlərə yol verilib. Yolda qrunt sularının ötürülməsi üçün drenaj sistemi pis qurulub və yaxud bəzi hissələrdə ümumiyyətlə bu sistem yaradılmayıb. Yolun dağılmasının digər bir səbəbi həddindən artıq yüklənən avtomobillərin həmin yoldan hərəkət etməsidir.

Anar Nəcəflinin sözlərinə görə, yolun deformasiyaya uğrayan hissələrində təmir işlərinə start verilib.

Təmir işləri mütəmadi olaraq bütün dağılmış hissələrdə aparılacaq.


Bölmə: Sosial | 11 iyun 2019 09:32 | Baxış sayı: 32





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: