Azərbaycan millisi Slovakiyaya qarşı
11-06-2019, 10:52
Oxunub: 4 021
Azərbaycan millisi "AVRO-2020"nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığması ilə üz-üzə gələcək.
"Bakcell Arena"da keçiriləcək matçı şotlandiyalı Con Bitonun rəhbərliyi ilə hakimlər briqadası idarə edəcək. Bu, yığmanın E qrupunda üçüncü matçı olacaq. Komanda ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub (1:2), ikinci görüşdə isə Bakıda Macarıstana məğlub olub - 1:3.
Slovakiyanın heyətində Miroslav Stox səhhəti ilə əlaqədar Bakıya gətirilməyib. Komandanın baş məşqçisi Pavel Hapal daha öncə Dominik Qreyf, Samuel Mraz, Martin Xrien, Lukaş Ştetin və Laslo Benesi də 29 nəfərlik heyətdən çıxarıb. Beləliklə, rəqib Bakıya 3 qapıçı, 20 meydan oyunçusu ilə gəlib.
Azərbaycan yığmasından isə öncədən komandaya çağırılan Eddi İsrafilov zədəlidi.
Qrupun digər oyununda isə Macarıstan Uelsi qəbul edəcək. Hazırda Macarıstan və Xorvatiya 6 xalla birinci və ikinci yerləri bölüşdürür. Uels ilə Slovakiyanın isə 3 xalı var. İki matça sıfır xalı olan Azərbaycan isə sonuncu yerdədir.
AVRO-2020
Seçmə mərhələ
IV tur
11 iyun
20.00 Azərbaycan - Slovakiya
Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson (Şotlandiya).
Bakı. "Bakcell Arena".
1 Macarıstan 3 2 0 1 5:4 6
2 Xorvatiya 3 2 0 1 5:4 6
3 Uels 2 1 0 1 2:2 3
4 Slovakiya 2 1 0 1 2:1 3
5 Azərbaycan 2 0 0 2 2:5 0
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər