Prokurorluq övladını döyən ata ilə bağlı MƏLUMAT YAYDI
11-06-2019, 13:58
Oxunub: 3 014
Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb edilmişdi
Gəncə şəhər prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilmişdir
Gəncə şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevin (ad, soyad şərtidir) atası tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma zamanı dərhal hadisə yerinə baxış keçirilmiş, hadisənin şahidlərinin izahatları alınmış və digər zəruri prosessual hərəkətlər həyata keçirilmişdir.
Fakta görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir
Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes