BolgeXeber.Com » İqtisadiyyat » "2020-ci ildə Xəzər dənizində kruizlərin başlanması gözlənilir"

"2020-ci ildə Xəzər dənizində kruizlərin başlanması gözlənilir"

13-06-2019, 13:17
Oxunub: 2 610 "2020-ci ildə Xəzər dənizində kruizlərin başlanması gözlənilir""2020-ci ildə Xəzər dənizində kruizlərin başlanması gözlənilir"

Bunu Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.

Qurum əməkdaşının sözlərinə görə, kruizlərin başlanması Rusiyanın təşəbbüsüdür:
"Bu gəmi "Pyotr Velikiy" gəmisidir. Onu Rusiyada hazırlayırlar. Putində Bakı səfəri çərçivəsində həmin məsələyə qayıtmış, Rusiyadakı tərəfdaşlardan tələb etmişdir ki, bu iş tezləşdirilsin. Azərbaycan tərəfi Astraxan quberniyasının Turizm Nazirliyi və müvafiq dəniz qurumları ilə danışıqlar aparır. Azərbaycan həmin gəmi üçün artıq dayanacaq verib. Xəzər dənizində kruizlərin 2020-ci ildə başlanması gözlənilir".

Kənan Quluzadə qeyd edib ki, bu layihə Xəzəryanı 5 dövləti əhatə edəcək: "Azərbaycan turizminin inkişafı üçün böyük bir imkan var. Layihə tam olaraq Rusiyanın layihəsidir. Azərbaycan və digər dövlətlər buna dəstək olurlar".

Onun sözlərinə görə qiymətləri Rusiya tərəfi müəyyən edəcək: "Əlbəttə ki, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, daha sərfəli olsun".