BolgeXeber.Com » Xəbərlər » Zakir Qaralov Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuor təyin etdi

Zakir Qaralov Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuor təyin etdi

13-06-2019, 13:36
Oxunub: 4 588 Zakir Qaralov Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuor təyin etdiBaş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin olunub.

Bolgexeber.com xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Əbdülsəməd Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib.

Ə.Əzizlinin vəzifəsinin icrasına başlaması barədə məlumat Baş Prokurorluğun saytında da yerləşdirilib.

Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə rayon Prokurorluğunun müstəntiqi, daha sonra Gəncə şəhər Prokurorluğun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur.