“Mango”da saxta endirim: alıcılar belə aldadılır (FOTOLAR)
13-06-2019, 14:04
Oxunub: 2 439
Alıcılar “Mango” geyim mağazasını fırıldaqçılıqda ittiham edir
Mağazada bu gündən etibarən 50%-dək endirim elan edilib və demək olar ki, bütün məhsulların üzərində endirim qiyməti öz əksini tapıb.
Qaynarinfo-ya daxil olan şikayətdə müştəri bildirib ki, “Gənclik Mall”da yerləşən “Mango” mağazasında alacağı məhsulları seçib kassaya yaxınlaşsa da, fərqli mənzərə ilə üzləşib:
“Əksər geyimlərin üstünə standart 49.90 AZN endirim qiyməti yapışdırılıb, lakin 70-80 AZN-ə satılır. 85 manatlıq şalvarın üstünə 45 manat qiymət vurulmuşdu, almaq üçün kassaya yaxınlaşdım, lakin geyimin 79 manata satıldığını öyrəndim. Əvvəlcə səhvən belə bir şeyin olduğunu fikirləşsəm də, bu fırıldaqçılığın digər məhsullarda da tətbiq edildiyini başa düşdüm. Hətta endirim edilməyən geyimlərin üstünə aşağı qiymət yapışdırılıb”.
Şikayətçinin sözlərinə görə, mağaza işçiləri belə bir şeyin yanlışlıqla baş verdiyini, bəzi məhsullara 5-10% endirim tətbiq edildiyini bildirib və bütün məhsullarda belə bir “səhv”in necə mümkün olduğunu izah etməkdən boyun qaçırıb.
Məsələ ilə bağlı “Mango”nun “Gənclik Mall” filialı ilə əlaqə saxladıq. Mağazanın meneceri Elnur adlı şəxs hazırda məşğul olduğunu və açıqlama verə bilməyəcəyini deyərək dəstəyi asdı.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər