XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Xəzərdə kruiz səfərləri nə vaxt olacaq?

Xəzərdə kruiz səfərləri nə vaxt olacaq?Xəzər dənizində kruizlərin təşkili ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, kruizlərin başlanması Rusiyanın təşəbbüsüdür və həmin gəmi “Pyotr Velikiy” gəmisidir:

“Onu Rusiyada hazırlayırlar. Rusiya Prezidenti Vladimir Putin Bakı səfəri çərçivəsində həmin məsələyə qayıdıb və Rusiyadakı tərəfdaşlardan tələb edib ki, bu iş tezləşdirilsin. Biz Həştərxan quberniyasının Turizm Nazirliyi və müvafiq dəniz qurumları ilə danışıqlar aparırıq.

Azərbaycan həmin gəmi üçün artıq dayanacaq verib. Kruizin 2020-ci ildə başlanması gözlənilir. Bu, Xəzəryanı beş dövləti əhatə edəcək”.

Agentlik rəsmisi qeyd edib ki, Azərbaycan turizminin inkişafı üçün böyük bir imkan var:

“Bu layihə tam olaraq Rusiyanın layihəsidir. Azərbaycan və digər dövlətlər buna dəstək olurlar. Qiymətləri Rusiya tərəfi müəyyən edəcək. Əlbəttə, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, daha sərfəli olsun”.
Bölmə: İqtisadiyyat | 13 iyun 2019 15:39 | Baxış sayı: 35





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: