Rusiya prezidenti jurnalistə görə iki polis generalını işdən azad edib
13-06-2019, 16:09
Oxunub: 2 596
Rusiya prezidenti Vladimir Putin iki polis generalını tutduğu vəzifədən azad edib.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı iyunun 13-də Kremlin Mətbuat xidməti yayıb.
Bildirilib ki, işdən azad edilən general-mayor, Rusiya Daxili İşlər Nazirliyinin Moskvanın Qərb administrasiyası dairəsinin rəisi Andrey Puçkov “Meduza” internet-qəzetinin jurnalisti İvan Qolunova qarşı cinayət işi açıb. O biri general-mayor Rusiya Daxili İşlər Nazirliyinin Narkotik maddələrin dövriyyəsinə nəzarət üzrə Moskva idarəsinin rəisi Yuri Devyatkindir.
Qeyd edək ki, 36 yaşlı Qolunov cari il iyunun 6-da həbs edilib. Ona qarşı böyük miqdarda narkotik maddələrin qanunsuz satışına cəhd ittihamı irəli sürülmüşdü. Qolunov və hüquqlarını müdafiəçiləri bu ittihamı rədd edərək jurnalistin Moskva rəsmilərinin korrupsiyada iştirakına dair araşdırmalarına görə cəzalandırıldığını qeyd ediblər.
İyunun 11-də İvan Qolunova qarşı cinayət ittihamları aradan qaldırılıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər