Uşağını döyənlərə hansı cəza verilir? (VİDEO)
13-06-2019, 16:17
Oxunub: 4 735
Uşaq ailənin güzgüsüdür deyirlər
Yəni, ailə daxili münasibətlər,valideynlərin rəftarı onların övladlarından çox rahatlıqla sezilir. Uşaqlara qarşı zorakılıq cəmiyyət tərəfindən narazılıqla qarşılansa da, hələ də köməksiz və ailəsinə sığınan azyaşlıların döyülməsi faktlarına rast gəlinir.
ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Vəfa Əkbər - Psixoloq: "Onun artıq güvəni sarsılıb. Onun artıq valideyn obrazına inamı azalıb. Elə uşaqların sayı artdıqca cəmiyyətə yarasız fərdlər formalaşır və çoxalır”.
Övladını döyməyən dizini döyər məsəlini əldə rəhbər tutan ailə fərdləri bu üsulu tərbiyə metodu kimi qəbul edir. Amma bu çıxış yolu deyil. Övladını tərbiyə adı altında döyən, söyən, onu incidən valideynin də məsuliyyəti az deyil.
Şəmsəddin Əliyev - Sabiq Polis Rəisi: "Törətdiyi hərəkətə görə valideyn həm inzibati həm də cinayət məsuliyyətinə cəlb edilə bilər. Bunun üçün isə, ortada predmet olmalıdır. Şikayət olmalıdır”.
Ev mənim, sirr mənim təxəyyülü altında baş verən belə hadisələrin müəyyən edilməsi isə, çox vaxt mümkünsüz olur. Çünki məişət zorakılıqları ailə böyükləri tərəfindən gizlədilir. Səbəbi isə çox sadədir - qınaq...
Aydın Mirzəzadə - Millət vəkili: "O yerdəki nənə-baba övladları ilə birgə uşağın tərbiyəsi ilə məşğul olur, orda belə problemlər olmur. Düşünürəm ki, ailə fərdlərinin maarifləndirilməsinə daha çox ehtiyac var. Televiziyalarda, kitablarda, cəmiyyətdə”.
Ailə quran fərdlərin ilk növbədə öz məsumiyyətlərini anlamaları, valideynlik borclarını bilmələri çox önəmlidir. Nadinclik eləyəndə qışqırmaq, səhvə yol verəndə usağı döymək ən asan üsuldu. Amma valideyn olan şəxs bunun əvəzində düzgün tərbiyə üsulları seçməlidir. Düzgün tərbiyə verə bilmədikdə isə ilk növbədə özünə, sonra da cəmiyyətə zərərli bir fərd yetişmiş olur.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər