Müştərilərin rahatlığı üçün “Nar” artıq hipermarketdə
13-06-2019, 17:07
Oxunub: 2 587
Müştərilərinin rahatlığını və xidmət səviyyəsini daha da artırmaq məqsədilə, “Nar” satış nöqtəsi insanların daha çox olduğu məkanlarda da xidmət göstərməyə başlayır
Mobil operator “Bravo” supermarketlər şəbəkəsinin Əhmədli qəsəbəsində yerləşən filialında yeni satış nöqtəsini istifadəyə verib. Hipermarketdə yerləşən satış nöqtəsində “Nar” öz müştərilərinə müxtəlif təkliflərlə xidmət göstərəcək. Müştərilər bu məkanda “Nar” nömrələrini və Wi-FI ruterini ala, eyni zamanda SİM kart dəyişikliyi edə bilərlər. Gələcəkdə digər hipermarketlərdə də “Nar” satış nöqtəsinin açılması planlaşdırılır.
Qeyd edək ki, yeni satış nöqtəsi Xətai rayonu, Ramiz Quliyev küçəsi 4 ünvanında yerləşən “Bravo” hipermarketində yerləşir. İş saatı isə həftənin bütün günləri, saat 10:00 –dan 19:00 – a qədərdir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes