BolgeXeber.Com » Xəbərlər » Oğuzda ağır yol qəzası - 2 ölü, 3 yaralı

Oğuzda ağır yol qəzası - 2 ölü, 3 yaralı

14-06-2019, 11:01
Oxunub: 1 943 Oğuzda ağır yol qəzası - 2 ölü, 3 yaralıOğuzda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Hadisə iyunun 13-dən 14-ə keçən gecə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan və şəxsiyyətləri hələ ki, dəqiqləşdirilməyən iki qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Daha üç nəfər- 2010-cu il təvəllüdlü Ağazəki İsmayıl oğlu Hacıyev, 30-35 yaşlarında olan Məlahət Hacıyeva və 35-40 yaşlarında olan İsmayıl Niyassalam oğlu Hacıyev aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən bildirilib ki, yaralıların müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyətləri ağır qiymətləndirilir.

Əldə edilən məlumata görə, qəzaya düşənlər Bakıdan Zaqatalaya gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.