XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bakıda iki marşrut xəttinin sahibi qaynı tərəfindən qətlə yetirilib - FOTO, VİDEO

Bakıda iki marşrut xəttinin sahibi qaynı tərəfindən qətlə yetirilib - FOTO, VİDEOBakının Sabunçu rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.

Məmmədov Ramiz Hümbət oğlu öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla qətlə yetirilib.

Artıq Sabunçu rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsindədir və ərazidə müayinələr aparılır. R.Məmmədovun güllələndiyi yerdən cinayətdə istifadə olunmuş odlu silahın gilizləri də aşkar edilib.

Onu da qeyd edək ki, mərhum R.Məmmədov Hozu ləqəbi ilə tanınırmış. Onun Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.

***

Bakıda silahlı insident zamanı güllələnən Məmmədov Ramiz Hümbət oğlu xəstəxanada dünyasını dəyişib.

Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, R.Məmmədov İlkin adlı şəxs tərəfindən güllələnib. O, odlu silahdan açılan çoxsaylı qırma yaraları ilə xəstəxanaya çatdırılmışdı.

Məlumata görə, R.Məmmədov Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən marşrut xətlərindən birinin sahibi imiş. O, avtomobilindən düşən zaman güllələnib. Onu güllələyən şəxs isə hadisə yerindən qaçıb.

***

Bakının Sabunçu rayonunda silahlı insident olub.

Hadisə Bakıxanov qəsəbəsində törədilib.

İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu İlkin adlı şəxs tərəfindən güllələnib. Belə ki, həmin şəxs mübahisə zamanı avtomobilindəki odlu silahı götürərək R.Məmmədova ağır xəsarətlər yetirib. Vəziyyəti kritik olan R.Məmmədov hazırda xəstəxanadadır və üzərində cərrahi əməliyyat aparılır. Onun aşağı ətraflarından və qarın nahiyəsindən çoxsaylı yaralar aldığı deyilir. Ehtimal olunur ki, silahlı şəxs ona lüləsi kəsilmiş ov silahından ("Obrez") atəş açıb.

Faktla əlaqədar Sabunçu polisi və Prokurorluğu əməliyyat-axtarış işlərinə başlayıb.

***

Bakının Sabunçu rayonunda odlu silahla yeznəsi Məmmədov Ramiz Hümbət oğlunu qətlə yetirən şəxs saxlanılıb.

Hozu ləqəbli Rauf Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib.

Cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

Bakıda iki marşrut xəttinin sahibi qaynı tərəfindən qətlə yetirilib - FOTO, VİDEO
Bakıda iki marşrut xəttinin sahibi qaynı tərəfindən qətlə yetirilib - FOTO, VİDEOBakıda iki marşrut xəttinin sahibi qaynı tərəfindən qətlə yetirilib - FOTO, VİDEO
Bakıda iki marşrut xəttinin sahibi qaynı tərəfindən qətlə yetirilib - FOTO, VİDEO
Bölmə: Xəbərlər | 14 iyun 2019 11:18 | Baxış sayı: 26





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: