BolgeXeber.Com » Sosial » Azərbaycanda ictimai çimərliklərin sayı azalıb - VİDEO

Azərbaycanda ictimai çimərliklərin sayı azalıb - VİDEO

14-06-2019, 11:44
Oxunub: 3 432 Azərbaycanda ictimai çimərliklərin sayı azalıb - VİDEOAzərbaycanda ictimai çimərliklərin sayı azalıb

Az sayda qalanlar isə baxımsız vəziyyətdədir.

Bu problemi nəzərə alan Dövlət Turizm Agentliyi çimərliklərdə monitorinqlərə başlayib. Monitorinqin nəticəsindən asılı olaraq bəzi özəl çimərliklərin bağlanması üçün vəsatət də qaldırıla bilər.

Xezerxeber.az-ın məlumatına görə, havaların isinməsi ilə dənizə üz tutanların sayı artıb. Dəniz mövsümünün başlaması ictimai çimərliklərin vəziyyətini də gündəmə gətirib.

Çəkiliş apardığımız Novxanı-Sumqayıt yolunun kənarında demək olar ki, ictimai çimərlik qalmayıb. Yol boyu hasara alınaraq özəl çimərlik xidmətləri göstərilir. Ərazidə cəmi bir yerdə ictimai çimərlik var ki, ona da giriş 1 manatdır. Girişin pullu olması ilə yanaşı, elə həmin çimərliyin hazırki vəziyyəti də ürəkaçan deyil.

Qeyd edək ki, hələ 2017-ci ildə Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılırdı. Ancaq 2 il keçməsinə baxmayaraq, planın icrası baş tutmayıb.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən bildirildi ki, qurum bu ildən çimərliklərdə monitorinqlərə başlayıb. Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Əsas məqsəd insanların çimərliklərə pulsuz girişini təmin etmək və özəl çimərliklərin sayını azaltmaqdır

Agentliyin sözcüsü Kənan Quluzadə bildirib ki, monitorinqin nəticəsindən asılı olaraq bəzi özəl çimərliklərin bağlanması üçün vəsatət qaldırıla bilər.

Bolgexeber.com mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: