BolgeXeber.Com » Dünya » Maradona səhhətinə görə işsiz qaldı

Maradona səhhətinə görə işsiz qaldı

14-06-2019, 12:39
Oxunub: 3 283 Maradona səhhətinə görə işsiz qaldıArgentinalı canlı futbol əfsanəsi Dieqo Maradona Meksikanın “Dorados” futbol klubunun baş məqşçisi postundan gedib.

Bu barədə klubun rəsmi “Twitter” səhifəsində məlumat verilir.

Argentinalı futbol mütəxəssisinin vəkili Matias Morla öz mikrobloqunda D.Maradonanın səhhətində yaranan problemlərlə əlaqədar istefa verdiyini bildirib. O, çiyin və diz nahiyəsindən iki cərrahiyyə əməliyyatı keçirəcək.

Xatırladaq ki, D.Maradona Meksikanın ikinci divizionunda çıxış edən “Dorados” klubunu 2018-ci ilin payız aylarından çalışdırırdı. Buna qədər onun BƏƏ-nin “Əl-Fuceyrə” və “Əl-Vəsl” klublarında məşqçilik karyerası olub.

D.Maradona bir müddət Argentina yığmasını çalışdırıb. Onun başçılığı altında “ağ-mavilər” 2010-cu ildə dünya çempionatının dörddəbir finalına qədər adlaya bilimişdi.