BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Ordusunun kimya bölmələri taktiki-xüsusi təlim keçirib - VİDEO

Azərbaycan Ordusunun kimya bölmələri taktiki-xüsusi təlim keçirib - VİDEO

14-06-2019, 17:33
Oxunub: 2 364 Azərbaycan Ordusunun kimya bölmələri taktiki-xüsusi təlim keçirib - VİDEOKimya Qoşunlarının hərbi hissəsində hücum əməliyyatında taborun fəaliyyəti mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin əsas məqsədi kimya təminatı bölmələrinin uzlaşmış fəaliyyətini, eləcə də tapşırıqların icrası zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarını, həmçinin mənəvi-psixoloji dözümlüyünü artırmaqdan ibarət olub.

Təlim zamanı bölmələr kimyəvi kəşfiyyatı yerinə yetirməklə zəhərləyici maddələrin növünü, zəhərli ərazinin sərhədlərini təyin edib və digər tapşırıqları icra ediblər.

Keçirilən taktiki-xüsusi təlim zamanı şəxsi heyət yüksək döyüş qabiliyyəti nümayiş etdirib.