XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Nazilədən Xoşqədəmə: "Məndən üzr gözləmə"

Nazilədən Xoşqədəmə: "Məndən üzr gözləmə"Şairə Nazilə Səfərli aylardır davam edən məhkəmədə uduzduğu aparıcı Xoşqədəm Hidayətqızına açıq məktub ünvanlayıb.

Bolgexeber.com axşam.az-a istinadən bildirir ki, o, "Facebook" səhifəsində yazdığı məktubda aparıcıdan üzr istəməyəcəyini deyib.

"Xoşqədəm, bir əsr də Allah sənə ömür versə, İnşallah olsun (ancaq əzabdır deyə sənə arzulamaram) hətta bir əsrdən də çox özünü məhkəmələrdə həlak edib, illərini, əsəblərini bu yolda qurban versən yenə sən məndən üzr gözləmə!!!

Millətin gözündə yalanlarla özünü məhv etmə - mənim tərəfimdən sənə qarşı bu sözlərin, bu addımın müəllifliyini sübut etmək iqtidarında olmadığın üçün xam xəyallarının əsiri olma!

Efir ata evi deyil. Çalışdığı məkanın sayəsində qazandığı İctimai nüfuzunu düşünən insan başqasının nüfuzuna əl uzatmaz! Özünü reallıqdan uzaq fantaziyana qurban etmə!

Mənim səni məhkəmələrə çəkmək haqqım səndən çox öncə (təxribatyönlü Pərvanə söhbətində ) başlaya bilərdi. Hə, özəlliklə tövsiyyə edirəm ki, əxlaqına bələd olmadığın insanları namus xonçasında efirə çıxarıb müdafiə etmə. Bakıda hamı hamını yaxşı tanıyır. Sənət adamları ilə də özünü əbəs yerə yaman etmə. Mən bu hadisəni (qondarma Pərvanə hadısəsini) sənə Şamxal müəllimin xətrinə keçdim və peşiman da deyiləm. Kiminsə gücünə qanunları qurban verib rüsvay etmə bu respublikanı!

"Show news"un təkzibi və ikimizin də qarşısında üzrünü xatırlatmaqla sənin şərəf və ləyaqətinin bədəli hesab etdiyin 100 min manatlıq arzularına bu andan son qoydum.

PS. Haqq sahibiyəm!
Məni tutdurmaga qüdrətin çatmaz!
Qalan mənə qarşı bütün cəhdlərdə isə aciz qaldın.
Ali məhkəmədə mənimlə qarşılaşmaga cəsarətin varmı?
Gələndə özünlə iki kub narkoz götürərsən, dərin yuxuya ehtiyacımız ola bilər.
Səndən nə dost kimi dost, nə düşman kimi..." deyə, o, statusunda yazıb.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir. tərəflər arasında bu qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan "Səni axtarıram" verilişinə müraciət etməsi ilə başlanıb
Bölmə: Şou-Biznes | 15 iyun 2019 14:55 | Baxış sayı: 76





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: