XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaqBu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

"Report" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada Azərbaycanın "Neftçi" və "Səbail" komandaları da iştirak edəcək.

Hər iki kollektiv səpələnmişlər səbətində yer alacaq.

Paytaxt təmsilçiləri nisbətən zəif komandalarla üz-üzə gələcəklər. Püşkə 45 klub və ilkin təsnifat mərhələsinin 7 cütü qatılacaq.

Püşkatmaöncəsi UEFA bölgülər aparıb və nəticədə Azərbaycan klublarının da potensial rəqiblərinin sayı azalıb. "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro), "Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans" (Estoniya) rəqib olacaq.

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Azərbaycanın bu turnirdəki daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ölkə kubokunun qalibinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları isə iyulun 25-də və avqustun 1-də olacaq.
Bölmə: İdman | 18 iyun 2019 10:20 | Baxış sayı: 54





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: