"Bu, aztəminatlı ailələrin cibinə uyğun deyil..." - GİLEY
18-06-2019, 17:20
Oxunub: 3 585
Qaradağın marşrut problemi yenidən gündəmə gəlib. Lokbatan qəsəbə sakinləri şəhərin mərkəzinə birbaşa ictimai nəqliyyatın olmadığından gileylənirlər.
Cebhe.info-ya bununla bağlı şikayətlənən qəsəbə sakinlərdən biri Arzu İbrahimov şəhərə çatanadək 3 avtobus dəyişdiyini deyib:
“Lökbatandan şəhərə gəlmək üçün 2-3 marşrut dəyişməli oluram. Birbaşa Lökbatan qəsəbəsindən şəhərə avtobus işləmir. “28 May” metrosunun yaxınlığından “Binə” Ticarət Mərkəzinə yalnız biri - 125 saylı marşrut işləyir.
Hazırda nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 35 qəpikdir. Bu aztəminatlı ailələrin cibinə isə uyğun deyil. Mən 3 uşaq oxuduram. Bir valideyn üçün bir ayda yol xərci üçqat çıxır. Bu isə aldığım əməkhaqqının məbləğinə adekvat deyil”.
Qeyd edək ki, avqust ayında Bakıda sərnişindaşımada fəaliyyət göstərmək üçün 300 yeni avtobus gətiriləcək. Bakı Nəqliyyat Agentliyinin bildirdiyinə görə, Bakıya gətirilən həmin avtobuslar əsasən daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcək. Müasir standartlara cavab verən, kondisionerli avtobuslar, eyni zamanda, Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə də buraxılacaq. Yeni avtobusların uzunluğu 12 və 18 metrdir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər