BolgeXeber.Com » Dünya » İki günlük fırıldaqçı ərindən boşanan müğənni xəstəxanaya yerləşdirildi- VİDEO

İki günlük fırıldaqçı ərindən boşanan müğənni xəstəxanaya yerləşdirildi- VİDEO

19-06-2019, 13:11
Oxunub: 2 506 İki günlük fırıldaqçı ərindən boşanan müğənni xəstəxanaya yerləşdirildi- VİDEO2 gün evli qaldığı həyat yoldaşı Murad Akınca ilə boşanmağa qərar verən müğənni Zerrin Özerin səhhəti pisləşib.

Məşhur müğənni təcili xəstəxanaya yerləşdirilib. Zerrin Özerin dünən axşam təzyiqi qalxıb və huşunu itirib.

Müğənninin vəkili Kemal Aslan ''Zerrin böyük bir kədər içindədir. Evdə huşunu itirib, böhran içindədir. Köməkçiləri onu huşunu itirmiş vəziyyətdə tapıb. Təzyiqini aşağı salırlar, ancaq yenidən yüksəlir”, - deyə açıqlama yayıb.

Məlum olub ki, sevgilisinin bir neçə qadının dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini öyrənən müğənni əvvəlcə əri ilə üzləşib. Daha sonra "2-ci Sayfa” verilişinə bağlanaraq Murad Akıncanı ifşa edən qadınlarla danışıb. 2 gün evli qaldığı əri haqqında əsl həqiqəti öyrəndikdən sonra boşanmağa qərar verib. Müğənni "Necə bu qədər saf olmuşam, bu qədər şeyə inanmışam” deyə bildirib.

Zərərçəkən qadınların iddiasına görə, Murat Akınca Mahmut Atalay adı ilə saxta şəxsiyyət vəsiqəsi istifadə edir. Sosial şəbəkə vasitəsilə dostluq qurur. Özünü zəngin və mədəni bir ailənin uşağı kimi tanıtdırır. Bəzən dekorator, bəzən fitnes təlimçisi olduğunu söyləyir.

1000 TL istəyərək işə başlayır, bu rəqəm 400 min TL-yə qədər qalxır. Pullarını geri qaytarmaq istəyən qadınları təhdid və şantaj edir./publika.az