Tramp İranı bombalamaq qərarı verdi, sonda fikrindən daşındı
21-06-2019, 12:37
Oxunub: 2 624
Amerika prezidenti Donald Tramp ötən gün İrana qarşı hava zərbələrinin endirilməsi haqda qərar verib, lakin sonradan bu qərarını geri götürüb.
Modern.az saytının xəbərinə görə, bu haqda “The New York Times” məlumat yayıb.
Tramp Amerikaya məxsus pilotsuz uçuş aparatının İran tərəfindən vurulmasından sonra bu qərara gəlib.
Tramp administrasiyasındakı rəsmi şəxslər deyiblər ki, Ağ Evdə milli təhlükəsizlik üzrə vəzifəli şəxslərlə Konqres rəhbərliyi arasında İrana qarşı əməliyyatların keçirilməsi üçün gərgin müzakirələr aparılıb.
“Saat 7-də hərbi rəsmilər və diplomatik şəxslər hücumu gözləyirdilər”-deyə məlumatda bildirilib.
Qeyd olunub ki, Amerika prezidenti İranın radilokasiya və raket batareyaları hədəflərinə qarşı bir neçə hərbi əməliyyat keçirilməsini təsdiqləyib. Lakin sonradan bu fikrindən daşınıb.
Qeyd edək ki, İran ölkənin cənubunda yerləşən Hormozqan əyalətində Amerikaya məxsus pilotsuz uçan aparatı vurub.
İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında bildirilib ki, Amerikanın İranın hava sərhədlərini pozan "Global Hawk" pilotsuz aparatı İİKK hərbi-hava qüvvələri tərəfindən Hormozqan əyalətinin Kuxe Mübarək rayonu üzərində vurulub.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər