BolgeXeber.Com » Dünya » Üç mülkü olan dilənçi

Üç mülkü olan dilənçi

5-04-2013, 09:15
Oxunub: 3 821 Türkiyədə diləndiyi üçün saxlanılan dilənçinin cibindən 3 daşınmaz əmlaka dair kupça aşkarlanıb. Hadisə Eskişehir vilatyətinin Ordupazarı rayonunda baş verib. Məlumata görə, kupçada qeydiyyatda olan hər 3 daşınmaz əmlak Sinop şəhəri ərazisindədir. Üzərindən bir miqdar nəğd pul da aşkarlanan dilənçi Hüseyn U. müvafiq qanunun tələbinə uyğun cərimə olunub.


Polis bölməsindən verilən məlumata görə, dilənçilər birbirlərinə mobil telefonla zəng vuraraq keçirilən reydlərdən yayınmağa çalışırlar. Buna baxmayaraq dilənçi sayında azalma olduğu qeyd edilib (anspress).