BolgeXeber.Com » Xəbərlər » Müdafiə Sənayesi Nazirliyi ləğv olunmayıb - Rəsmi

Müdafiə Sənayesi Nazirliyi ləğv olunmayıb - Rəsmi

22-06-2019, 15:53
Oxunub: 1 620 Müdafiə Sənayesi Nazirliyi ləğv olunmayıb - RəsmiPrezident Administrasiyası Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Məlumatda deyilir:

“Artıq bir neçə gündür ki, bəzi internet saytlarında və sosial şəbəkələrdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yanlış və heç bir əsası olmayan məlumatlar yayılır. Bununla əlaqədar bildiririk ki, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” yaradılıb.

Eyni zamanda, həmin Fərmanın 5-ci hissəsində müəyyən edilib ki, Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirir. Qeyd olunanları, yəni, “Azərsilah”ın indiyədək dövlət qeydiyyatına alınmadığını və Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edildiyini nəzərə alaraq, Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir”.